SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK görüşü Xankəndi şəhər stadionunda keçiriləcək. 

BAKU.WS APA-ya istinadən xəbər verir ki, oyunu canlı izləmək istəyən azarkeşlərin də Bakıdan Xankəndiyə yola düşəcəyi dəqiqləşib. 

Bununla bağlı “Bakı Metropoliteni”nin iş qrafiki də dəyişdiriləcək. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” - MOİK matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır. 

Belə ki, avtobuslar həmin gün səhər saatlarında, daha dəqiq desək, 05:00-da metronun “Koroğlu” stansiyasından Xankəndiyə yola düşəcək.

BAKU.WS