SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mançester Yunayted"in holland yarımmüdafiəçisi Donni Van de Bek "Barselona" ilə maraqlanır.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Sports.es" məlumat yayıb.

Mənbəyə görə, Donni Xavinin komandasını gücləndirmək üçün mümkün variantlardan biridir.

Qeyd olunur ki, Beek özü də "Mançester Yunayted"dən ayrılmaq istəyir.

Futbolçuya maraq göstərən digər klub isə Turin "Yuventus"udur.

Van de Beek 2020-ci ildən Mançester klubunda çıxış edir. Cari mövsümdə 26 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında "qırmızı şeytanlar"ın heyətində cəmi 1 oyun keçirib.

BAKU.WS