SİZİN REKLAM BURADA!
055 213 76 73


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

BAKU.WS IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 403 komandadan ibarət siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb.

Ötən ay 61-ci yerdə qərarlaşan “Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 70-ci ola bilib.

"Neftçi" və "Sabah" klubları da geriləyiblər. "Ağ-qaralar" 318-ci sıradan 340-a, "bayquşlar" isə 302-ci mövqedən 342-ci pilləyə düşüblər.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (296 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” 288 xalla ikincidirsə, Misirin "Əl-Əhli" (244) komandası üçüncü yerə yüksəlib.

BAKU.WS