SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında gümüş medal əldə edib.

"Report"un məlumatına görə, Zirəddin Bayramov (65 kq) və Əşrəf Aşırov (79 kq) yalnız finalda məğlub olublar.

Onlar müvafiq olaraq İbrahim İbrahimov (AİN) və Maqomed Maqomayevə (AİN) yeniliblər.

Kənan Heybətov (70 kq) isə bürünc medal qazanıb.

Qadın güləşçi Elnurə Məmmədova (50 kq) da sabah üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq.

Qeyd edək ki, daha əvvəl Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) bürünc mükafata sahib olublar.

BAKU.WS