SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid" futbol komandasının baş məşqçisi Karlo Ançelotti Madrid klubunda qala bilər.

BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Ramon Alvarez məlumat yayıb.

Qeyd edilir ki, "Real Madrid" rəhbərliyi 64 yaşlı italiyalı mütəxəssisə yeni müqavilə təklif edib və tərəflər müqavilənin uzadılması üçün danışıqlar aparır.

Bundan əvvəl Ançelottinin cari mövsümün sonunda Braziliya millisinə rəhbərlik edəcəyi bildirilirdi.

Xatırladaq ki, Karlo Ançelotti 2021-ci ildən "Real Madrid"i çalışdırır. Mütəxəssisin rəhbərliyi altında "kral klubu" İspaniya Liqası, Kuboku və Super Kuboku, Çempionlar Liqası, UEFA Super Kuboku, eləcə də Klublararası Dünya Kubokunu qazanıb.

BAKU.WS