SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 26-da, TSC Arenada keçiriləcək “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinə təyinat alıb. 

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Oyunun VAR hakimləri türkiyəli Alper Ulusoy və Abdulkadir Bitigendir.

BAKU.WS