SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın güllə atıcısı Kamran Zeynalov Perunun Lima şəhərində keçirilən dünya çempionatının qızıl medal qazanıb.

"Report"un məlumatına görə, para-atlet 50 metrə məsafəyə atışda 220.5 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançı bu nəticə ilə Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

BAKU.WS