SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın 3-cü güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

BAKU.WS Report-a istinadən xəbə verir ki, bu uğura 67 kq çəki dərəcəsindəki təmsilçimiz Həsrət Cəfərov imza atıb.

20 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlməklə olimpiadada iştirak hüququ əldə edib. Avropa çempionu yarımfinalda Ermənistan təmsilçisi Slavik Qalstyana 5:3 hesabı ilə qalib gəlib. H.Cəfərov sentyabrın 24-də final qarşılaşmasına çıxacaq.

Ona qədər Murad Məmmədov 63 kq çəkidə finala yüksəlmişdi.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) və yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) olimpiadaya lisenziya qazanıblar.

***17:44

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

BAKU.WS-in Report-a istinadən məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov 1/4 final səddini uğurla keçib.

20 yaşlı Avropa çempionu bu raundda iranlı olimpiya çempionu Məhəmmədrza Geraini vaxtından əvvəl (10:0) məğlub edib.

Qeyd edək ki, 63 kq-da Murad Məmmədov da yarımfinala yüksəlib.

***17:10

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ermənistanlı rəqibinə qalib gəlib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda Qraçya Poqosyanı məğlub edib.

Rəqibini 3:1 hesabı ilə üstələyən 28 yaşlı pəhləvanımız yarımfinala adlayıb.

BAKU.WS