SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan yaxşı futbol oynayan komandalardan biridir”.

“Report”un məlumatına görə, bunu İordaniya millisinin baş məşqçisi Hüsseyn Ammuta Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis sabahkı oyuna hazırlaşmaq üçün çox vaxtlarının olmadığını vurğulayıb:

“Norveçlə oyundan sonra Azərbaycanla matça hazırlaşmaq üçün cəmi iki məşq keçmək imkanımız var. Bilirik ki, Azərbaycan Avropanın güclü komandalarından biri deyil.

Buna baxmayaraq, rəqibə hörmətlə yanaşırıq. Sabahkı matçda yaxşı nəticə qazanıb, təlim-məşq toplanışını uğurlu bitirmək istəyirik”.

O, “Qəbələ”nin yarımmüdafiəçisi Omar Haninin yığmadan kənarda qalmasına da münasibət bildirib: “Omar Hanini izləyirik.

Növbəti toplanışlarda milliyə çağırıla bilər. Daha çox sabahkı oyuna köklənirik. Rəqibimizin son dörd görüşünü izləmişik. Sabahkı qarşılaşmada da yaxşı nəticə qazanaraq geri qayıtmaq istəyirik”.

Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək Azərbaycan - İordaniya matçı saat 20:00-da başlayacaq.

BAKU.WS