SİZİN REKLAM BURADA!
055 213 76 73


Hans-Diter Flik Almaniya milli futbol komandasının baş məşqçisi postunu tərk edib.

BAKU.WS bu barədə TASS-a istinadən xəbər verir.

Qurumun prezidenti Berndt Noyendorf bildirib ki, komitələr son məyusedici nəticələrdən sonra alman komandasına yeni təkan lazım olduğu barədə razılığa gəliblər.

Bildirilib ki, baş məşqçini Rudi Föller əvəzləyəcək.

Xatırladaq ki, Almaniya millisi 2024-cü il Avropa çempionatında ev sahibi ölkə kimi iştirak edəcək. Martda yoldaşlıq görüşündə Peru üzərində qələbə komandanın son qələbəsidir. Həmin vaxtdan Almaniya yığması Belçika (2:3), Polşa (0:1), Kolumbiya (0:2), Yaponiya (1:4) komandalarına uduzub, eyni zamanda Ukrayna komandası ilə bərabərə qalıb (3:3).

BAKU.WS