SİZİN REKLAM BURADA!
055 213 76 73


Braziliya millisinin hücumçusu Neymar Boliviya yığması ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda dubl edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Braziliyanın 5:1 hesabı ilə qalib gəldiyi matçda iki dəfə toru silkələyən 31 yaşlı futbolçu millinin heyətində 125 matçda vurduğu qolların sayını 79-a çatdırıb.

O, Braziliya Milli Komandasında 92 matçda 77 qol vuran və ötən il dünyasını dəyişən Peleni geridə qoyub.

Həmçinin, Boliviya ilə görüşdə "sambaçılar"ın heyətində dubla imza atan Neymar milli tarixinin ən məhsuldar oyunçusu ünvanını ələ keçirib.

BAKU.WS