SİZİN REKLAM BURADA!
055 213 76 73


Argentina millisinin və ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi MLS müntəzəm çempionatında "Nyu York Red Bulls"a qarşı debüt etdikdən sonra cəzalandırıla bilər.

BAKU.WS xəbər verir ki, bu barədə "Goal"ın məlumatında deyilir.

Qeyd olunur ki, buna səbəb 36 yaşlı argentinalı hücumçunun oyundan sonra jurnalistlərə müsahibə verməməsi və media nümayəndələri ilə ünsiyyətdən imtina etməsidir.

Liqa qaydalarına görə, qarşılaşmalardan sonra futbolçular jurnalistlərin müsahibə istəyini geri çevirməməlidirlər.

Qeyd edək ki, Lionel Messi "İnter Mayami"nin heyətində keçirdiyi 9 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə verib.

BAKU.WS