SİZİN REKLAM BURADA!
055 213 76 73


Pauerliftinq üzrə Azərbaycan millisinin daha bir üzvü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının qalibi olub.

Milli Paralimpiya Komitəsindən “Report”a verilən məlumata görə, bu dəfə Zəhra Dadaşova 2 qızıl medal qazanıb.

İdmançı +55 kq çəki dərəcəsində gənclərin yarışında ən yaxşı nəticəyə (78 kq) və ümumi çəkiyə görə (223 kq) buna nail olub.

Qeyd edək ki, daha əvvəl Leyla Kərimova (+86 kq) 2 qızıl, Talıb Zeynalov (+107 kq) isə 2 gümüş medal qazanıb.

BAKU.WS