SİZİN REKLAM BURADA!
055 213 76 73


Qadın şahmatçılar arasında Bakıda keçirilən Dünya Kubokunun qalibi müəyyənləşib.

“Report”un məlumatına görə, FİDE-nin bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina turnirin qalibi olub.

Rusiyalı idmançı finalda bolqarıstanlı Nurgül Salimovanı 2,5:1,5 hesabı ilə məğlub edib. Ukraynalı Anna Muziçuk isə üçüncü yeri tutub.

Qeyd edək ki, kişilər arasında Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.

BAKU.WS