SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailand klubu “Buriram Yunayted”in heyətində ilk rəsmi qolunu vurub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hücumçu ölkə çempionatının II turunda “Lampun Uorrior”la görüşdə fərqlənib.

O, komandasının 3:0 hesabı ilə qalib gəldiyi matçın 6-cı dəqiqəsində hesabı açıb. Şeydayev yalnız 79-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Buriram Yunayted” hazırda 4 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

BAKU.WS
VİDEO