SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün birinci matçında "Səbail" "Sumqayıt"ı qəbul edib.

"ASCO Arena"dakı qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların qollarını 27-ci dəqiqədə Rövlan Muradov, 67-ci dəqiqədə penaltidən Erik Sorqa, 70-ci dəqiqədə Kamran Quliyev, 76-cı dəqiqədə Səbuhi Abdullazadə vurub. Meydan sahiblərində isə 62-ci dəqiqədə David Qomis fərqlənib.

Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" "Zirə" ilə üz-üzə gələcək. Turun ilk matçında "Turan Tovuz" "Araz Naxçıvan"a 3:0 hesabı ilə qalib gəlib. Tura avqustun 6-da oynanılacaq "Kəpəz" - "Neftçi" və "Sabah" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.

“Səbail”: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin

Luqasi

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 9. Amil Yunanov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 4. Adi Mehremiç
Baş məşqçi: Şahin Diniyev

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki

Murata

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 60. Tresor Mossi

Baş məşqçi: Samir Abasov

BAKU.WS