SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda "Jalgiris"i 1:0 hesabı ilə məğlub edib.

BAKU.WS xəbər verir ki, umumilikdə 3-2 hesabı ilə turu keçən "sarı-qırmızılar" 3-cü tura yüksəlib.

"Rams Park"da keçirilən görüşə İstanbul təmsilçisi Fernando Muslera, Saşa Boey, Viktor Nelsson, Abdülkerim Bardakçı, Ancelino, Berkan Kutlu, Serxio Oliveira, Barış Alper Yılmaz, Dries Mertens, Kerem Aktürkoğlu və Halil Dervişoğlunun yer aldığı 11-liklə çıxıb.

Matçın 31-ci dəqiqəsində toru silkələyən Dris Mertens klub tarixinə düşüb.

Belçikalı ulduz "Qalatasaray" forması ilə avrokuboklarda qol vuran ən yaşlı (36 yaş 88 gün) əcnəbi futbolçu olub.

"Qalatasaray"da daha əvvəl bu sahədə rekorda Gheorghe Hagi (36 yaş 32 gün) sahib idi.

BAKU.WS
VİDEO