SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi II raundda Polşa "Rakuv"unu mübarizədən kənarlaşdırsa, Kipr "Aris"i ilə qarşılaşacaq.

Limasol klubu II mərhələdə Belarus BATE-sindən üstün olub. 

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
1 avqust

21:30. "Panatinaikos" (Yunanıstan) - "Dnepr-1" (Ukrayna) - 2:2
Qollar: 
Andraj Şporar, 15; 70 - Artyom Dovbik, 24. Eduard Sarapi, 54
Qırmızı vərəqə: Vladimir Tançik, 75 ("Dnepr-1")
İlk oyun - 3:1

22:00. "Olimpiya" (Sloveniya) - "Ludoqorets" (Bolqarıstan) - 2:1
Qollar:
 Timmi Elşnik, 18; 90+2 - Kiril Despodov, 15
Qırmızı vərəqə: Son, 83 ("Ludoqorets")
İlk oyun - 1:1

22:00. BATE (Belarus) - "Aris" (Kipr) - 3:5
Qollar:
 Valeri Qromıko, 25 (penalti). Aleksandr Martınov, 48. Denis Laptev, 90+3 - Şavi Babika, 8. Yannik Qomis, 26. Kaju, 35. Leo Benqtsson, 56. Mariuş Stepinski, 74
İlk oyun - 2:6

22:00. "Slovan" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina) - 2:2
Qollar: 
Aleksandar Çavriç, 5. Zuberu Şarani, 66 - Xrvoe Barişiç, 75. Antonio İvançiç, 90+3
İlk oyun - 1:0

Qeyd edək ki, III təsnifat mərhələsinin digər 8 cavab qarşılaşması bu gün keçiriləcək.

BAKU.WS