SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan millisinin və "Dinamo" (Zaqreb) komandasının futbolçusu Mahir Emreli Xorvatiya çempionatında II turun rəmzi komandasına düşüb.

"Report"un məlumatına görə, "İstra" ilə matçda (3:0) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan 26 yaşlı hücumçu ən yüksək reytinq xalı alan dördüncü oyunçu olub.

Təcrübəli forvardın sözügedən qarşılaşmadakı çıxışı 8,2 xalla qiymətləndirilib.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümün ikinci yarısını icarə əsasında Türkiyə "Konyaspor"unda keçirib.

BAKU.WS