SİZİN REKLAM BURADA!
055 213 76 73


"Fənərbağça" dünyaca məşhur qapıçı Keylor Navası heyətinə qatmaq istəyir.

BAKU.WS xarici mətbuata isinadən xəbər verir ki, keçən mövsümü icarə əsasında İngiltərənin "Nottinqem Forest" komandasında keçirən PSJ-nin qapıçısı Navasın gələcəyi hələ dəqiqləşməyib.

Özünə yeni klub axtaran 36 yaşlı qolkiperin "İnter", "Fənərbağça", eləcə də "Forest"lə əlaqə saxladığı bildirilir.

Yeni mövsümə iddialı heyətlə başlamaq istəyən İstanbul təmsilçisi Keylor Navasla yaxından maraqlanır.

Qeyd edək ki, "Fənərbağça", İtaliya nəhəngi "İnter" və "Nottinqem Forest"in radarında olan Navasın PSJ ilə daha bir illik müqaviləsi var.

BAKU.WS