SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerikalı boksçu Terens Krouford 12 raunddan ibarət döyüşdə Errol Spensi məğlub edib.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, Las-Veqasda (ABŞ, Nevada ştatı) keçirilən qarşılaşma 9-cu raundda nokautla başa çatıb.

Terens Krouford 66,68 kq çəki dərəcəsində mütləq dünya çempionu olub. O, Ümumdünya Boks Təşkilatının (WBO) titulunu qoruyub və Ümumdünya Boks Şurası (WBC), Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Assosiasiyasının (WBA) Spensə məxsus titullarını alıb. Krouford 2018-ci ildən WBO kəmərinin sahibidir və onu yeddinci dəfə qoruyub.

Otuz beş yaşlı amerikalı peşəkar rinqdə indiyədək məğlub olmayıb - 40 qələbə (31 nokautla). O, qələbə seriyasını 11 döyüşə çatdırıb.

BAKU.WS