SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov bu yay transfer olunduğu Bolqarıstanın "Arda" komandasında qol hesabını açıb.

"Report"un məlumatına görə, 20 yaşlı müdafiəçi yerli "Etar"la yoldaşlıq oyununda fərqlənib.

21-ci dəqiqədə rəqib qapısına yol tapan gənc oyunçu matçdakı ilk qolun müəllifi olub.

Qeyd edək ki, qarşılaşma "Arda" klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

BAKU.WS