SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sabah" Latviyada RFŞ komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçının başqa ölkədə oynanılması üçün UEFA-ya müraciət edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyasının prezidenti Vadim Laşenko "sportacentrs.com" saytına açıqlama verib.

Funksioner bildirib ki, Avropa futbol qurumu hazırda bu məsələyə baxır: "Biz UEFA rəhbərliyi ilə daim əlaqədəyik. Əlbəttə, matçın yerinin dəyişdirilməməsinə çalışırıq. Yaranmış vəziyyət heç bir halda Latviya klubunun məsuliyyəti deyil. Şəxsi fikrim odur ki, RFŞ ev oyununu başqa ölkədə keçirməməlidir. Amma UEFA-nın bunu necə qiymətləndirəcəyini təxmin edə bilmərəm, hazırda top onlardadır. Latviya qanunlarına görə isə Şengen vizası olmayan Rusiya vətəndaşlarının ölkəmizə girişi qadağandır".

Qeyd edək ki, "Sabah"ın heyətində baş məşqçi Murad Musayev və 4 köməkçisinin, həmçinin, qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərovun Rusiya vətəndaşlığı var.

BAKU.WS