SİZİN REKLAM BURADA!
055 213 76 73


Gənclər və idman naziri Fərid Qayıbov lll Avropa Oyunlarında Azərbaycanın idmançılarının qazandığı medal sayının az olmasının səbəbini açıqlayıb.

"Report"un məlumatına görə, F. Qayıbov bu barədə nazirliyin rəsmi saytındakı qeydində yazıb.

"Ötən oyunlara nisbətən medallarımızın sayı az oldu. Düşünürəm ki, bunun əsas səbəblərindən biri ötən oyunlarda qazanılmış medalların 75 faizinin bizim üçün ənənəvi medal gətirən idman növlərində əldə edilməsidir. Lakin bu dəfə həmin idman növləri oyunların proqramında yox idi. İndi federasiyalarla birlikdə oyunların nəticələrini təhlil edib müzakirələr aparmalıyıq", - nazir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan idmançıları III Avropa Oyunlarında 3 qızıl, 2 gümüş və 6 bürünc medal əldə ediblər.

BAKU.WS