SİZİN REKLAM BURADA!
055 213 76 73


Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) yekunlarına əsasən, Bakı Bəyannaməsinin qəbulu planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov MINEPS VII çərçivəsində nazirlərin görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

“Biz bir ildir ki, bu konfransa hazırlaşırıq, çox iş görülüb”, - nazir bildirib.

O, konfransda COVID-19 pandemiyasının mənfi nəticələrinin aradan qaldırılması və idmanın inkişafına yönəlmiş “Həyat üçün uyğun” təşəbbüsünə xüsusi diqqət yetirildiyini vurğulayıb.

BAKU.WS