SİZİN REKLAM BURADA!
055 213 76 73


Muay-tay üzrə Azərbaycan millisinin üzvü Aysu Dərvişova Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən idmançı Patrisiya Axlinqlə (İsveç) üz-üzə gəlib.

Rəqibinə uduzan Dərvişova bürünc medalla kifayətlənib.

***18:15

Muay-tay üzrə Azərbaycan millisinin üzvü Xəyal Əliyev Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Oskar Siqertlə (Polşa) üz-üzə gəlib.

Rəqibinə uduzan Əliyev yarışı bürünc medalla başa vurub.

*** 17:24

Azərbaycan taekvandoçuları Polşada keçirilən III Avropa Oyunlarını iki medalla başa vurublar.

BAKU.WS report-a istinadən xəbər verir ki, buna Taleh Süleymanovun (87 kq) medal şansını itirməsi səbəb olub.

Onun 1/8 finalda uduzduğu almaniyalı rəqibi Aleksander Baxman növbəti raundda yenilib.

Qeyd edək ki, taekvandoçulardan Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc mükafat qazanıb.

***17:04

Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Belçika təmsilçisi Oşin Deriyuvla üz-üzə gəlib.

Allahverdiyeva rəqibinə 0:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

***14:31

Azərbaycan badmintonçusu Eddi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, idmançı fərdi mübarizədə A qrupunda ilk görüşünü ispaniyalı Luis Enrike Penalveyə qarşı keçirib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

***09:34

Polşada təşkil olunan III Avropa Oyunları davam edir.

BAKU.WS report-a istinadən xəbər verir ki, yarışın yeddinci günündə Azərbaycan idmançıları beş növdə mübarizə aparacaqlar.

Badmintonda dörd, muay-tay və boksda üç, taekvondo və atıcılıqda bir idmançı qüvvəsini sınayacaq.

26 iyun

Atıcılıq
11:00. Nigar Nəsirova (tapança ilə 25 metr məsafəyə atəş açma)

Taekvondo
11:36. 87 kq, 1/8 final: Taleh Süleymanov - Aleksander Baçman (Yunanıstan)

Badminton
11:30. Kişilər

Fərdi yarış: Eddi Reski Dviçayo (qrup mərhələsi)

Cütlər: Eddi Reski Dviçayo, Ezmi Qovimuramadhoni (qrup mərhələsi)

11:30 Qadınlar

Fərdi yarış: Keyşa Fatimə Zəhra (qrup mərhələsi)

18:00. Cütlər: Era Məftuha, Keyşa Fatimə Zəhra (qrup mərhələsi)

Boks

Qadınlar
16:15. 66 kq, 1/8 final: Şəhla Allahverdiyeva – Oşin Deriyuv (Belçika)

Kişilər

21:45. 51 kq, 1/8 final: Məsud Yusifzadə - Atilla Bernat (Macarıstan)

22:00. 80 kq, 1/8 final: Murad Allahverdiyev – Nikita Niysted (Finlandiya)

Muaytay

Kişilər
17:10. 67 kq, 1/2 final: Xəyal Əliyev - Oskar Siqert (Polşa)

Qadınlar

18:40. 57 kq, 1/2 final: Aysun Dərvişova - Patrisiya Axlinq (İsveç)

19:10. 63,5 kq, 1/2 final: Emiliya Rzayeva - Tereza Steçova (Çexiya)

BAKU.WS
QALEREYA