SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Super Liqasında bu mövsüm sonuna 1 oyun qalmış "Qalatasaray" hücum xəttini “Reyncers”in oyunçusu Alfredo Morelos ilə gücləndirmək niyyətindədir.

BAKU.WS "Sabah" nəşrinə istinadən xəbər verir ki, "Qalatasaray" rəsmiləri müqaviləsi mövsümün sonunda başa çatacaq 26 yaşlı kolumbiyalı hücumçunun meneceri ilə əlaqə saxlayıb.

Məlumata görə, mərkəz hücumçusu, sol cinah və sağ cinahda oynaya bilən futbolçu Türkiyədə oynayan həmyerlilərindən ölkə haqqında məlumat da alıb.

Bildirilir ki, "sarı-qırmızılar" yaxın günlərdə 7 milyon avroluq transfer dəyəri olan Morelos üçün rəsmi təklif göndərməyə hazırlaşır. 

Qeyd edək ki, cari mövsüm “Reyncers”də 45 oyun keçirən Alfredo Morelos 12 qol vurub və 6 məhsuldar ötürmə edib. Daha əvvəl Türkiyənin "Fənərbağça" klubunun da futbolçuyla maraqlandığı ilə bağlı mətbuatda xəbərlər yayılmışdı. 

BAKU.WS
QALEREYA