SİZİN REKLAM BURADA!
055 213 76 73


Meksika çempionatının XIII turunda keçirilən "Amerika" – "Leon" oyununda futbolçunu dizi ilə vuran baş hakim Fernando Ernandes Qomes cəzalandırılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Meksika Futbol Federasiyasından verilən açıqlamaya görə, nizam-intizam komitəsi hakim Fernando Hernandezin 12 oyunluq cəzalandırılmasına qərar verib.

Xatırladaq ki, 2:2 hesabı ilə başa çatan matçın 65-ci dəqiqəsində Fernando Ernandes Qomes ona etiraz edən "Leon"un oyunçusu Lukas Romeronu dizi ilə vurub.

BAKU.WS
VİDEO