SİZİN REKLAM BURADA!
055 213 76 73


UFC-də Azərbaycanı təmsil edən Rafael Fiziyev amerikalı rəqibi Castin Qeytji ilə döyüşə hazırlaşır.

BAKU.WS-in məlumatına görə, UFC-nin rəsmi kanalı döyüşlə bağlı promo video hazırlayıb.

Videoda Rafael Fiziyevin ailəsindən bəhs edilərək, onun gündəlik həyatı lentə alınıb.

Videoçəkiliş zamanı Rafael Fiziyevin atası Salman canlı bağlantı ilə efirə qoşularaq oğlu ilə ünsiyyətdə olub. O, Rafael üçün qurban kəsəcəyini bildirib.

"Qeytji ilə döyüşdən qalib ayrıl, bu qoyunu qurban kəsərək ətini ehtiyacı olanlara paylayacağam", - deyə Rafaelin atası niyyət edib.

Qeyd edək ki, UFC 286 turniri çərçivəsində təmsilçimiz Rafael Fiziyev martın 18-dən 19-na keçən gecə amerikalı rəqibi Castin Qeytji ilə qarşılaşacaq.

Qeytji MMA qaydası ilə çıxdığı döyüşlərin 23-də qələbə qazanaraq 4-də məğlub olub. O, hətta çempionluq kəməri uğrunda döyüşdə məşhur rusiyalı qaydasız döyüşçü Həbib Nurmaqomedova qarşı da döyüşüb.

Həbib Qeytjiyə boğucu fəndlə qalib gələrək kəmərini qorumuşdu.

Rafael isə MMA karyerası ərzində keçirdiyi 12 döyüşü qələbə ilə başa vuraraq cəmi bir dəfə uduzub.

BAKU.WS
VİDEO