VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrlandiyalı ikiqat UFC çempionu Konor Makqreqor zorakılığa görə həbs oluna bilər.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Sportskeeda" məlumat yayıb.

Mənbə bildirir ki, Makqreqor 2022-ci ilin yayında İbiza adasında yaxtada 34-cü ad gününü qeyd edərkən 42 yaşlı idmançı qadına hücum edib. Daha sonra əsəbiləşən döyüşçü qadının qarnına və çənəsinə zərbə endirib, sonra isə onu hədələyib.

Zərərçəkən yaxtadan suya tullanmaq məcburiyyətində qalıb. O, xilas edilərək sahilə aparılıb.

Qadın Konoru fiziki zorakılığa görə məhkəməyə verib.

İdmançının mətbuat katibi Karen Kessler, Konorun yaxtada baş verən insidentlə bağlı bütün iddiaları qətiyyətlə rədd etdiyinə dair bəyanat yayıb.

Qeyd edək ki, Makqreqorun adı bir çox qalmaqallarda hallanıb. O, bir neçə il əvvəl cinsi təcavüzdə ittiham olunub. Daha sonra irlandiyalı çempionun özünün şirkəti tərəfindən hazırlanan viskini içməkdən imtina edən yaşlı kişini barda döydüyü bildirilib.

BAKU.WS