SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ” qış fasiləsində ikinci transferini reallaşdırıb.

BAKU.WS bizim.media-ya istinadən xəbər verir ki, Ağdam təmsilçisi albaniyalı hücumçu Redon Xixa ilə anlaşıb.

24 yaşlı futbolçu Albaniya yığmasının üzvüdür.

O, ötən ildən dəvət aldığı əsas millidə 2 oyun keçirib. Redon Xixa “Şkendiya”nın yetirməsidir. 2017-ci ildə “Laçi”yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub. 2021-ci ildə “Tirana”ya üz tutub və ötən müddətdə 49 oyuna çıxıb, 29 qol vurub.

BAKU.WS