055 213 76 73
Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Nəriman Abbasov növbəti döyüşünü keçirəcək. Yüngül çəkidə mübarizə aparan MMA idmançısı “Naiza Fighting Championship” turnirində mübarizə aparacaq.
BAKU.WS azərtac-a istinadən xəbər verir ki, 29 yaşlı təmsilçimiz qazaxıstanlı Fanil Rafikovla görüşəcək. Bu döyüş martda baş tutacaq.
Yüngül çəkidə “AMC Fight Night”da çempion titulunun sahibi olan N.Abbasov peşəkar karyerasında 32-ci döyüşə çıxacaq. Onun hesabında 27 qələbə var.
Otuz yaşlı F.Rafikov 27 döyüş keçirib. “Naiza”nın sabiq çempionu 21 dəfə qalib gəlib.
BAKU.WS