SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, komanda yarımfinalda İran seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 21:17 hesablı qələbəsi ilə bitib.

Finaldakı rəqib Seneqal kollektivi olacaq. Görüş Bakı vaxtı ilə saat 21:10-da başlayacaq.

Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Yığma yarımfinalda Özbəkistan seçməsi ilə qarşılaşıb. Görüşə sürətli başlayan Azərbaycan basketbolçuları yekunda 16 - 6 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, milli komanda finalda Mali yığması ilə üz-üzə gələcək. Oyun bu gün Bakı vaxtı ilə saat 21.10-da başlayacaq.

BAKU.WS