SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, "Hitech Grand Prix" komandasından Yuri Vips ən yaxşı nəticəni göstərib.

"Carlin"dən Liam Louson ikinci, "Prema Racing"dən Dennis Hauger üçüncü olub. Türkiyəli pilot Cem Bölükbaşı 21-ci yerlə kifayətlənib.

***14:28

Bakıda “Formula-2” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, “Hitech Grand Prix” komandasından Yuri Vips ən yaxşı nəticəni göstərib.

“Carlin”dən Liam Louson ikinci, Vipsin komanda yoldaşı Markus Armstronq isə üçüncü olub.

Saat 16:30-da sıralama turu başlayacaq.

***12:48

Bakıda "Formula 2" üzrə Azərbaycan Qran-prisinə start verilib.

BAKU.WS xəbər verir ki, saat 12:35-də ikinci dərəcəli pilotlar sərbəst yürüşə başlayıblar.

Test yürüşünün təxminən saat 13:20-də başa çatacağı gözlənilir.

Xatırladaq ki, “Əvəzedicilər”də hər birində iki sürücü olmaqla, 11 komandanın pilotları sərbəst yürüşə qatılıblar. Onlar mövsümdə altıncı mərhələnin startında 45 dəqiqə mübarizə aparacaqlar.

Bu yürüşlərə Dennis Xauqer, Yehan Daruvala (“Prema”), Cek Doohan, Marino Sato (“Virtuosi”), Liam Louson, Loqan Sarcent (“Karlin”), Markus Armstronq, Jüri Vips (“Hiteç Grand Prix”), Frederik Vesti, Teo Purşer (“Art Grand Prix”), Felipe Druqoviç, Kleman Novalak (“MP Motorsport”), Olli Kalduell, Ralf Boşunq (“Kampos”), Roy Nissani, Ayumu İvasa (“Dams”), Riçard Verşur, Kalan Uilyams (“Trident”), Enzo Fittipaldi, Cem Bölükbaşı (“Çaruz”), Cek Hyuz və Amauri Kordell (“Van Amersfoort”) qatılıblar.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.

BAKU.WS