SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.

BAKU.WS xəbər verir ki, son oyun günündə də 2 qarşılaşma baş tutub.

Turnirin son qalibi "Çelsi" öz meydanında "Real Madrid"ə məğlub olub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Kral klubu"nun heyətində Kərim Benzema het-trik edib.

Gecənin digər matçında Almaniya "Bavariya"sı İspaniyada turnirin sürpriz komandası "Vilyarreal"a məğlub olub.

UEFA Çempionlar Liqası, 14 final

"Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 1:3

Qollar: Kay Haverts, 40 - Kərim Benzema, 21; 24; 46

Baş hakim: Kleman Türpen (Fransa)

"Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya) - 1:0

Qol: Arno Qrüneveld, 8

Baş hakim: Entoni Teylor (İngiltərə)

BAKU.WS
VİDEO