SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa Liqasının 1/8 turunun cavab qarşılaşması çərçivəsində "Ali Sami Yen" stadionunda baş tutan "Qalatasaray" - "Barselona" qarşılaşması sona çatıb.

BAKU.WS xəbər verir ki, "Barselona" "Qalatasaray"ı 2:1 hesabı ilə məğlub edərək növbəti, 1/4 mərhələyə yüksəlib.

***

22.53

"Qalatasaray" - "Barselona" oyununda hesab yenidən dəyişib.

BAKU.WS xəbər verir ki, Pierre-Emerik Abameyanqın 49-cu dəqiqədə vurduğu qol ilə "Barca" hesabda önə çıxıb.

***

22.30

"Qalatasaray" - "Barselona" oyununda hesab bərabərləşib.

BAKU.WS xəbər verir ki, "Barselona"nın cavab qolunu oyunun 37-ci dəqiqəsində Pedri vurub.

***

22.18

Avropa Liqasının 1/8 turunun cavab qarşılaşması çərçivəsində "Ali Sami Yen" stadionunda baş tutan "Qalatasaray" - "Barselona" qarşılaşmasında hesab açılıb.

BAKU.WS xəbər verir ki, qarşılaşmanın 28-ci dəqiqəsində "Cimbom"un oyunçusu Markao baş zərbəsi ilə komandasını önə çıxarıb.

BAKU.WS