SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın ən çox qazanan futbolçularının adları müəyyənləşib.

BAKU.WS apasport.az saytına istinadən xəbər verir ki, Britaniya "Radio Times"ı ilk onluqda qərarlaşan oyunçuları araşdırıb.

Hesablama oyunçuların maaşına əsasən aparılıb. Cədvələ PSJ-nin iki futbolçusu başçılıq edir. Lionel Messi həftəlik 960 min funt sterlinq məvaciblə zirvədə qərarlaşır, onu komanda yoldaşı Neymar izləyir. İlk üçlüyü vaxtilə bu cütlüklə "Barselona"da çiyin-çiyinə çıxış edən Luis Suares qapayır.

1. Lionel Messi (PSJ) - 960 min funt sterlinq
2. Neymar (PSJ) - 606 min
3. Luis Suares ("Atletiko") - 575 min
4. Qaret Beyl ("Real") - 500 min
5. Kilian Mbappe (PSJ) - 410 min
6. Kriştiano Ronaldo ("Mançester Yunayted") - 385 min
7. Kevin De Bruyne ("Mançester Siti") - 385 min
8. David De Xea ("Mançester Yunayted") - 375 min
9. Antuan Qrizmann ("Atletiko": "Barselona"da icarədədir) - 356 min
10. Robert Levandovski ("Bavariya") - 350 min

BAKU.WS