SİZİN REKLAM BURADA!
055 213 76 73


Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin IV turunun oyunları keçirilib.

BAKU.WS xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda polşalı Yan-Kşiştof Duda ilə qarşılaşıb. 37 yaşlı qrossmeyster 41-ci gedişdə rəqibini məğlub edib.

Məmmədyarov bundan əvvəl keçirdiyi 3 görüşün hamısında heç-heçəyə razılaşıb. O, hazırda 2,5 xalla 2 - 6-cı yerləri bölüşdürür.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edir.

BAKU.WS