SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov Almaniya "Şalke"sinin əsas komandasında daha bir oyun keçirə bilər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, buna səbəb Gelzenkirxen təmsilçisinin bəzi zədəli oyunçularının sıraya dönməməsidir.

Simon Toredde və Marius Bülterin hələ də hazır olmaması 30 yaşlı hücumçunun əsas komandaya yolunu növbəti dəfə açıb. Dadaşovun səfərdə "Hamburq"a qarşı keçiriləcək II Bundesliqanın XVIII tur matçında da oynaya biləcəyi istisna edilmir. Amma təcrübəli futbolçunun bu dəfə ilk dəqiqələrdən meydanda olmayacağı, oyuna əvəzetmədən daxil olacağı gözlənilir.

Rüfət Dadaşov daha əvvəl "Şalke"nin "Sankt-Pauli"yə 1:2 hesabı ilə uduzduğu görüşdə çıxış edib.

Qeyd edək ki, dekabrın 18-də keçiriləcək "Hamburq" - "Şalke" görüşü Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

BAKU.WS