SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin növbəti iki qarşılaşması baş tutub. 

BAKU.WS xəbər verir ki, Almaniyada turnirin son qalibi “Bavariya” ilə Fransanın “Paris Sen-Jermen” komandaları üz-üzə gəlib.

Matçın 3-cü dəqiqəsində Kilyan Mbappe qonaqları hesabda önə çıxarıb. Qarşılaşmanın 28-ci dəqiqəsində PSJ hesab arasındakı fərqi iki topa çatdırıb.

Bu dəfə isə Markinyos fərqlənib. "Bavariya" qollardan birinin əvəzini çıxıb. Maksim Şupo-Motinq qapıya dəqiq baş zərbəsi endirib və hesabı minimuma endirib. 60-cı dəqiqədə isə Tomas Müller komandasının növbəti qolunu vurub. Kilyan Mbappe buraxılan qoldan cəmi 2 dəqiqə sonra yenidən adını tabloya yazdıraraq komandasının səfərdə vacib qələbəsini təmin edib.

Digər görüşdə İngiltərənin "Çelsi" klubu səfərdə Portuqaliyanın "Portu" komandasını 2:0 hesabı ilə məğlub edib. London təmsilçilərinin heyətində Meyson Mount (32) və Benjamin Ciluel (85) fərqlənib.

Bu komandalar arasında cavab qarşılaşmaları aprelin 13-də baş tutacaq.

BAKU.WS
VİDEO

VİDEO

QALEREYA