SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan millisinin sabiq futbolçusu Vüqar Əskərov özünü yeni idman növündə sınayacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu futzalla məşğul olmağa qərar verib.

Təcrübəli forvard bu səbəbdən Latviyanın "Petrov" klubuna keçib. Yeni komandası ilə müqavilə bağlayan futbolçu çempionluq qazanmaq istədiyini bildirib.

Qeyd edək ki, Vüqar Əskərov 3 oyunda Azərbaycan millisinin formasını geyinib. Əsasən legioner həyatı yaşayan hücumçu "Sumqayıt", "Zirə" və "Araz Naxçıvan" komandalarında da çıxış edib.

BAKU.WS