İstirahət günlərinin hava proqnozu
İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək.
Lakin gecə və axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.
Lənkəran-Astara zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq.
Havanın temperaturu gecə 4-6, gündüz 10-14, dağlarda gecə 2-5, gündüz 5-7 dərəcə isti olacaq.
Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək.
Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 11-16 dərəcə isti olacaq.
Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 2-6, gündüz 12-17 dərəcə isti olacaq.Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək.
Lakin axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 0-4, gündüz 10-15 dərəcə isti olacaq.
Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.
Mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 7-9, gündüz 11-14 dərəcə isti olacaq.
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında noyabrın 29-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin...