Samir Məmmədov "Birmarket"in CEO-su təyin edilib
Azərbaycanın aparıcı elektron ticarət platformalası "Birmarket"in rəhbərliyində dəyişiklik olub.
BAKU.WS xəbər verir ki, Samir Məmmədov şirkətin baş icraçı direktoru postuna təyin edilib.
O, 5 yanvar 2026-cı il tarixindən etibarən vəzifəsinin icrasına başlayıb. Bu vəzifəni daha əvvəl Rauf Qulaməliyev icra edib. O, "Pasha Group" ilə əməkdaşlığını məsləhətçi vəzifəsində davam etdirəcək.
Samir Məmmədov daha öncə Azərbaycanın ilk irimiqyaslı elektron ödəmə sistemlərinin inkişafı ilə məşğul olan fintex startapı "PashaPay"in baş icraçı direktoru (CEO) vəzifəsində çalışıb.
Qeyd edək ki, "Birmarket" Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan "Bir ekosistemi"nin aparıcı brendlərindən biridir.
"Birmarket" çoxkateqoriyalı marketpleys olaraq müştərilərinə gündəlik istehlak ehtiyaclarını qarşılamaq üçün geniş məhsul çeşidi təqdim edir. Platforma müxtəlif kateqoriyalar üzrə məhsulları bir məkanda cəmləyərək rahat və əlçatan alış-veriş imkanı yaradır. "Bir ekosistemi"nin tərkib hissəsi kimi həm müştərilər, həm də tərəfdaşlar inteqrasiya olunmuş ödəniş həlləri, kredit və taksit imkanları, "Bir Bonus" və digər ekosistem üstünlüklərindən faydalana bilirlər.
Oxşar xəbərlər
Azərbaycandan Böyük Britaniyaya balıq məhsulları ixrac ediləcək
Respublikamızdan balıq məhsullarının Böyük Britaniyaya ixracına icazənin əldə olunması məqsədilə qalıq maddələrinə nəzarət planları Britaniyanın səlahiyyətli qu...