Samir Məmmədov: "Azərbaycan ərazisi ilə Ermənistana 25 min ton tranzit yük daşınıb"
Azərbaycan ərazisi vasitəsilə Ermənistana təxminən 25 min ton tranzit yük daşınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bu gün Bakı Ekspo Mərkəzində keçirilən "Aqro-Ərzaq Sistemlərinin Qarşılıqlı Əlaqəsində Logistikanın rolu: Marşrutlar dəhlizlər və onların təhlükəsizliyi - Xalqların rifahına aparan yol" adlı panel müzakirələrində deyib.
Nazir müavininin sözlərinə görə, Ermənistanla sülh prosesindən sonra bu istiqamətdə tranzit əməliyyatlarının həyata keçirilməsi mümkün olub: "Azərbaycan üzərindən Ermənistana daşınan yüklər arasında taxıl, qarabaşaq və digər aqrar məhsullarla yanaşı, kənd təsərrüfatında istifadə olunan gübrələr də yer alıb. Bu addımlar regional bağlantının gücləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Səmərəli və koordinasiyalı nəqliyyat dəhlizləri məhsulların çatdırılma müddətini azaldır, itkiləri minimuma endirir və xüsusilə tez xarab olan məhsulların keyfiyyətinin qorunmasına imkan yaradır".
Oxşar xəbərlər
Bakının yollarında görünməyən təhlükə: Asfalt örtüyünün altında nə baş verir?
Paytaxt yollarında asfalt örtüyünün çökməsi artıq tez-tez müşahidə olunan problemlərdən birinə çevrilib. Lakin bəzi hallarda təhlükə yalnız yol örtüyünün çökməs...