Rusiyada Azərbaycana qarşı təxribat? - Yerli şirkətdən məhsulun üzərindəki şüarlarla bağlı AÇIQLAMA
Rusiya mağazalarında Azərbaycan istehsalı olan "Azərçay" məhsullarının qablaşdırmasında təxribatçı şüarların əks olunduğu görüntülər yayılıb.
BAKIU.WS Oxu.az-a istinadən xəbər verir ki, paylaşılan videoda "Rusiyanı incitmə!", "Rusiya cavab verəcək, hirslənmə!" kimi təxribatçı şüarların yazıldığı görünür.
Məsələ ilə bağlı "Azərsun Holdinq"dən bildirilib ki, sosial şəbəkədə yayılan video həqiqəti əks etdirmir:
"Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən "Azərçay" məhsullarının dizaynı və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur. Qablaşdırma üzərinə heç bir şüar əlavə edilməyib".
Oxşar xəbərlər
Mədə-bağırsaq problemləri nə zaman təhlükəlidir?
Şişkinlik mədə-bağırsaq pozğunluğunun əlamətidir? Gecə yaranan mədə yanmasının səbəbi nədir? Bağırsaq florasının pozulmasının əlamətləri nələrdir? Uzunmüddətli...