QMİ fitrə zəkatının məbləğini açıqladı - 10-15 manat

"Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, hər ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılsa, daha yaxşı olar".
BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.
"Hər bir ailə başçısı ailədə neçə nəfər varsa, onun sayına uyğun fitrə zəkatı çıxarmalıdır. Fitrə zəkatı ən çox istifadə olunan ərzaqdan 3 kq hesablanır. Ancaq fitrə zəkatının pul şəklində verilməsi daha məqsədəuyğundur. Nəticədə kasıb ailələr də həmin pulu öz ehtiyaclarına ödəyər. İnsanlar minimum ərzağın hesablanmasındansa, orta səviyyəni hesablasalar, daha yaxşı olar",- o qeyd edib.
F. Nurullayev deyib ki, fitrə zəkatını çıxarmaq vacibdir: "Oruc tutmayanlar da çıxarmalıdır. Amma maddi imkanı olmayan insanlar çıxarmır. Fitrə zəkatını bayram namazına qədər versələr, yaxşıdır. Bayram axşamından səhəri gün bayram namazına qədər fitrə zəkatı verilməlidir. Ancaq çatdıra bilməsələr, bayram namazından sonra da verə bilərlər".
Oxşar xəbərlər
Baş ağrısına ən yaxşı təsir edən MEYVƏ məlum oldu
Baş ağrısı bir çox insanın gündəlik həyatında rastlaşdığı ən yaygın narahatlıqlardan biridir. Mütəxəssislər bildirirlər ki, bəzi meyvələr baş ağrısının azalması...
