Qarpız və yemişlərdə təhlükə yoxdur – AQTA
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yay aylarında əhalinin geniş şəkildə istehlak etdiyi qarpız və yemiş məhsulları üzrə monitorinqlər keçirib.
Bu barədə BAKU.WS-ə agentlikdən bildirilib.
Məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən satış nöqtələrindən qarpız və yemiş məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Aparılan laborator müayinələr zamanı məhsullarda nitrat və pestisid qalığı səviyyələri yoxlanılıb. Sınaq nəticələrinə əsasən, nümunələrdə uyğunsuzluq aşkar edilməyib.
Qeyd edək ki, son zamanlarda sosial şəbəkələrdə qarpız və yemiş məhsullarında bakteriyaların olduğu barədə məlumatlar yayılıb.
Oxşar xəbərlər
"mygov" platformasında fərdi məlumatlar yalnız vətəndaşların razılığına və qanunvericiliyə əsasən emal olunur
Ölkənin əsas rəqəmsal hökumət platforması olan "mygov" platforması vətəndaşlara fərdi məlumatları üzərində tam nəzarət imkanı vermək məqsədilə rəqəmsal razılıq...