Payızda Ağdama ilk köç başlayır – Tarixi mərkəz gələn ilin sonunda bərpa olunacaq
Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakı-Ağdam qatarının işə salınması ilə bağlı tədbirdə çıxışı zamanı vacib açıqlama verib.
BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, Ağdamda bərpa və yenidənqurma prosesi intensiv şəkildə davam edir:
"Hazırda şəhərdə mühüm infrastruktur layihələri həyata keçirilir. Bu ilin payız aylarından etibarən Ağdama ilk köç prosesi başlanacaq. Gələn ilin sonunadək isə Ağdamın tarixi-mədəni mərkəzi tamamilə bərpa olunacaq və sakinlərin istifadəsinə veriləcək", – deyə Emin Hüseynov bildirib.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Xutorda iki aydır su axır, sakinlər evlərində yaşaya bilmirlər - ŞİKAYƏT
Bakının Binəqədi rayonunun Xutor qəsəbəsində yerləşən 9-cu sıra adlanan ərazidə iki aya yaxındır davam edən su sızması sakinlərin narazılığına səbəb olub. BAKU....