Niyə stress zamanı qarın ağrısı artır?
Stress zamanı yaranan qarın ağrısı bir çox insanın qarşılaşdığı adi haldır.
BAKU.WS xəbər verir ki, qastroenteroloq Sofiya Kardaşova bunun səbəbinin beyin və bağırsaq arasında olan güclü əlaqə ilə bağlı olduğunu bildirib. Məlumatı "Moslenta" yayıb.
Mütəxəssis izah edir ki, stress anında beyin təhlükə siqnalı göndərir və bədən kortizol və adrenalin kimi hormonların ifrazını artırır. Qısamüddətli stresdə bu hormonlar orqanizmin vəziyyətə uyğunlaşmasına kömək etsə də, stress uzun müddət davam etdikdə həzm sistemi pozulur və bağırsaq fəaliyyətinə mənfi təsir göstərməyə başlayır.
Həkim vurğulayıb ki, xroniki stress təkcə həzmi deyil, immun sistemini də zəiflədə bilər. Bu isə təsadüfi deyil, çünki immun hüceyrələrinin böyük hissəsi məhz bağırsaqlarda yerləşir.
Mütəxəssis vəziyyətin qarşısını almaq üçün sadə nəfəs məşqlərindən istifadə etməyi, düzgün qidalanma və yuxu rejiminə əməl etməyi tövsiyə edir. Əgər qarın ağrısı və stress tez-tez təkrarlanırsa, vaxtında həkimə müraciət etmək məsləhət görülür.
Oxşar xəbərlər
Bu bürclər çox simic olur – siyahı
Astroloqların fikrincə, bəzi bürclər maliyyə məsələlərində daha ehtiyatlı və qənaətcil davranır. Onlar xərclərə ciddi yanaşır, riskli alış-verişdən qaçır və pul...