Lahıcın məşhur balının hazırlanma prosesi – arıçıdan maraqlı açıqlamalar

Lahıcın məşhur balının hazırlanma prosesi – arıçıdan maraqlı açıqlamalar
Foto Video
Sosial 41

İsmayıllı rayonuna media tur çərçivəsində jurnalistlər Lahıc qəsəbəsində fəaliyyət göstərən yerli arıçılıq təsərrüfatlarından biri ilə də tanış olublar.

BAKU.WS xəbər verir ki, media nümayəndələri Lahıc sakini Ağadadaş Abbasovun arıçılıq təsərrüfatında olaraq burada həyata keçirilən iş prosesi barədə məlumat əldə ediblər.

Ağadadaş Abbasov jurnalistlərə balın hazırlanması və süzülməsi mərhələləri, müxtəlif çeşidlər, məhsulun keyfiyyət xüsusiyyətləri, eləcə də satış qiymətləri barədə məlumat verib. Təsərrüfatda arıçılığın yerli sakinlərin məşğulluğunda və ailə təsərrüfatlarının gəlirlərinin formalaşmasında rolu ilə bağlı da fikir mübadiləsi aparılıb.

Səfər zamanı media nümayəndələrinin təsərrüfatın fəaliyyəti, istehsal olunan məhsullar və arıçılığın inkişaf perspektivləri ilə bağlı sualları cavablandırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər